F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan klassik musiqi sənətinin banisi, dahi bəstəkar, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin doğum günü, 18 sentyabr –  Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Kitabxanada Milli Musiqi Günü münasibətilə təşkil olunmuş tematik sərgidə Üzeyir Hacıbəylinin, eləcə də digər görkəmli bəstəkar və musiqiçilərimizin həyat və yaradıcılığına dair nəşrlər nümayiş etdirilib. 

Tədbir çərçivəsində bəstəkar haqqında sənədli film (1976) nümayiş olunub. Film Üzeyir bəyin yaradıcılıq yolunu əhatə edir, “Leyli və Məcnun”, “Koroğlu” kimi əvəzsiz əsərlərindən bəhs edir.

Bəstəkarın Şuşadakı ev-muzeyi haqqında videoçarx da nümayiş etdirilib. məlumat verilib. Bildirilib ki, muzey 1959–1992-ci illərdə fəaliyyət göstərib, lakin Şuşanın işğalı zamanı dağıdılıb. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra muzeydə aparılan bərpa işləri nəticəsində 2024-cü ildə yenidən fəaliyyətə başlayıb.

Tədbir gənc ifaçıların çıxışı ilə davam edib. Pianoçular – Əhmədli Ayşən və 177 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Hüseyn Kərimli klassik və milli musiqi nömrələri ifa ediblər.