Litvanın ölkəmizdəki səfiri Kestutis Vaşkeleviçus Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Bu barədə Milli Kitabxanadan məlumat verilib.
Kitabxananın direktoru professor Kərim Tahirov qonağı salamlayaraq bu görüşün gələcək əməkdaşlığa töhfə verəcəyini söyləyib.
Direktor diqqətə çatdırıb ki, Azərbaycan Milli Kitabxanası Estoniya, Latviya və Litvanın Milli kitabxanaları ilə əməkdaşlıq edir. Latviya və Litva Milli kitabxanalarının Azərbaycan Milli Kitabxanasında hər il yenilənən ədəbiyyat guşələri fəaliyyət göstərir və kitab mübadiləsi uğurla davam etdirilir.
Səfir Kestutis Vaşkeleviç əməkdaşlığın hazırkı vəziyyəti, gələcəkdə onun təkmilləşdirilməsi imkanlarından söhbət açıb.
Görüşün sonunda qarşılıqlı kitab hədiyyə olunub.
Diplomat Milli Kitabxananın fəaliyyəti, ayrı-ayrı zalları, o cümlədən Litva ədəbiyyatı guşəsi ilə tanış olub.