Şanlı Zəfərlə başa çatan, müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü tamam oldu.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü elan edilib.
Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, tanınmış mədəniyyət xadimləri paytaxtdakı Zəfər parkını ziyarət edib, buradakı xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.