Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində 2020-ci il Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü, 27 sentyabr – Anım Günü münasibətilə “Əbədi xatirə, əbədi işıq” adlı tədbir təşkil olunub.
Tədbir şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Sonra vətənpərvərlik mövzusunda qısa film nümayiş olunub.
Bədii hissə ilə davam edən tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifasında “Bayat-Şiraz” muğamı, Vasif Adıgözəlovun “Layla”, “Qərənfil”, Üzeyir Hacıbəylinin “Sənsiz” əsərləri səsləndirilib.
Bakı şəhəri 189-190 saylı tam orta məktəbin şagirdləri şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.
Tədbirin aparıcısı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük müharibədən bəhs edib. Vurğulanıb ki, qəhrəman Vətən övladlarının canı-qanı bahasına əldə olunan Zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsidir.