Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 14-22 sentyabr tarixlərində Türkiyənin Van şəhərində keçirilən II Beynəlxalq Monotamaşalar Festivalında uğurla təmsil olunub.

Festivalda Balaxan Nəzərlinin "Gəmi batır" əsəri əsasında hazırlanan monotamaşa təqdim edilib. Tamaşanın quruluş müəllifi və oyunçusu teatrın aktyoru və rejissoru Səməd Canbaxşiyevdir.

İzləyicilərin maraqla qarşıladığı tamaşada aktyor ixtisasca müəllim olan, təsadüfən yük gəmisində iş tapan, lakin dənizçilik qaydalarını bilmədiyi üçün ilk fırtınada çətinliklər yaşayan qəhrəmanın yaşantılarını ustalıqla canlandırıb.

Səməd Canbaxşiyev festivalın "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.

Qeyd edək ki, bu səhnə əsəri Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən monotamaşalar müsabiqəsi üçün hazırlanıb. "Gəmi batır" tamaşasınln premyerası senyabrın 16-da Van festivalında gerçəkləşib.