Əməkdar rəssam, sürrealizm janrında yaradıcılığı ilə tanınan Mehriban Əfəndinin əsərləri mütəmadi olaraq dünyanın nüfuzlu jurnallarında yayımlanır.
Bu yaxınlarda rəssamın "Gecənin mistikası" əsəri İtaliyanın “Figgi” jurnalının sentyabr nömrəsinin üz qabığında yer alıb.
Jurnal moda, incəsənət və süni intellekt mövzularını əhatə edir.
Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mehriban Əfəndi 2010-cu ildə dünyanın 56 ən yaxşı sürrealist rəssamı siyahısına daxil edilib.