Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin rəhbərlik etdiyi heyət Gəncə Dövlət Universitetində (GDU) olub.
GDU-nun rektoru Yusif Yusibov universitetdə həyata keçirilən islahatlar, maddi-texniki baza, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verib.
Görüşdə hər iki universitet arasında ortaq layihə və proqramların həyata keçirilməsi imkanları müzakirə olunub, inklüziv təhsil istiqamətində ali təhsil müəssisələrinin üzərinə düşən işlərdən söhbət açılıb.
Rektor Anar Nağıyev bildirib ki, Bakı Slavyan Universitetində 3 ildir “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi müəllim hazırlığı prosesində tədris məzmunu və resurslarına inklüziv təhsil prinsiplərinin inteqrasiyasıdır. GDU-nun əməkdaşları da bu layihələrdə universiteti layiqincə təmsil edirlər.
GDU və BSU arasında yaxın zamanlarda inklüziv təhsillə bağlı əməkdaşlıq müqaviləsinin imzalanmasına dair müzakirələr aparılıb.