Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Sabirabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpası ilə yekunlaşmış antiterror əməliyyatının (19-20 sentyabr 2023-cü il) ikinci ildönümünə və 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon rəsmiləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, şəhid valideynləri Etibar Muradov və Bilal Məmmədhəsənov, 2020-ci il Vətən müharibəsinin iştirakçısı Məhəmməd Məlikov və digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam təmin edildiyini, xalqımızın milli birliyinin böyük tarixi qələbələrə yol açdığını vurğulayıblar.
Dövlətçiliyin qorunması uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinin əziz tutulması və onların qəhrəmanlıq ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub.
Nurəddin