Sentyabrın 21-i Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə 1981-ci ildə təsis edilən bu gün sülhü, anlaşmanı və zorakılığın qarşısının alınmasını təbliğ etmək məqsədi daşıyır. İnsanları sülhə, sabitliyə və təhlükəsizliyə çağıran gün həm də dünyada həmrəyliyin simvoludur.

Milli Kitabxana bu münasibətlə “21 sentyabr - Beynəlxalq Sülh Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgilərini istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, sərgilərdə regional sülhə mühüm zəmin yaradan 8 avqust 2025-ci il tarixli Azərbaycan-Ermənistan-ABŞ Birgə bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası, Azərbaycanda cəmiyyətin gələcək inkişafı və sülhün qorunub saxlanılması və möhkəmləndirilməsi üçün atılan addımlar və s. mövzu haqqında dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_sulh_gunu/index.htm linkindən istifadə edə bilərlər.