Xankəndi Şəhər Günü tədbirlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da iştirak edib. Sentyabrın 20-də teatrın truppası Qarabağ Universitetində Üzeyir Hacıbəylinin dünyaca məşhur “Arşın mal alan” musiqili komediyasını təqdim edib.
Quruluşu rejissor Elvin Mirzəyevə aid olan bu tamaşanın bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Rolları Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, Nərgiz Kərimova, Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Ülviyyə Əliyeva, Mehriban Zaliyeva, aktyor Elxan İsmayılov, həmçinin teatrın xor və balet artistləri ifa ediblər.
Dahi bəstəkarın bir əsrdən çoxdur səhnələri bəzəyən sənət incisi ilk dəfə Xankəndidə nümayiş olunub və Qarabağ Universitetinin müəllim və tələbə heyəti, Xankəndi Şəhər Gününün qonaqları tərəfindən böyük maraqla qarşılanıb.