AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin əməkdaşları 19-22 avqust və 26-28 avqust 2025-ci il tarixlərdə Azərbaycanda ərəbşünas alim və mütəxəssislər üçün keçirilmiş ixtisasartırma təlimlərində iştirak ediblər.
Bakı Dövlət Universiteti və Bakı Avrasiya Universitetində müvafiq olaraq “Qeyri-ərəblərə ərəb dilini tədris edən müəllimlər” və “Ərəb dili müəllimləri üçün testlərin hazırlanmasında əsas prinsiplər” mövzuları üzrə gerçəkləşən treninqlərdə aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Bayramova və böyük elmi işçi Zaur Hacıyev ərəb dilinin incəlikləri və yenilikləri, audio dərslərin tədrisi formaları, tədris kompozisiyasında tətbiqlər, dinləmə bacarıqları və testlərin hazırlanması metodikasına dair biliklərə yiyələniblər.
Qeyd edək ki, təlimlər Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda elan olunan “Ərəb dili ayı” çərçivəsində həyata keçirilib.
Sonda iştirakçılara Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının sertifikatları təqdim olunub.