Milli Musiqi Günü münasibətilə Şamaxı rayon Mədəniyyət Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə bağlı tədbir keçirilib.

Əvvəlcə Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgiyə baxış keçirilib.

Sərgidə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin əl işləri nümayiş olunub.

Tədbirdə çıxış edənlər bəstəkarın həyat və yaradıcılığı, Azərbaycan mədəniyyətinə misilsiz töhfələri barədə danışıblar.

Sonra Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.