Naxçıvan Dövlət Kukla Teatrında yeni mövsümün açılışı keçirilib.

Tədbirdə Naxçıvan MR Mədəniyyət Nazirliyinin əməkdaşları, teatrın inkişafında əvəzsiz xidmətləri olan qocaman sənətkarlar və sənətsevərlər iştirak ediblər.

Yeni mövsümün ilk tamaşası olaraq Azərbaycan musiqi mədəniyyətinin incisi – Üzeyir Hacıbəylinin ölməz əsəri "Arşın mal alan" kuklalarla yeni quruluşda təqdim edilib.

Gözəl musiqi, maraqlı süjet və kuklaların sehri ilə bu əsəri yeni yozumda izləmək tamaşaçılar üçün unudulmaz bir sənət bayramıdır.

Səhnə işi böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

Teatrdan verilən məlumata görə, mövsüm ərzində həm uşaqlar, həm də böyüklər üçün müxtəlif janrlarda səhnə əsərləri nümayiş etdiriləcək.