Qarabağ Regional Mədəniyyət İdarəsi (RMİ) və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin (1995-1948) 140 illiyi və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə milli musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan, Ulu öndər Heydər Əliyevin fərmanı ilə 1995-ci ildə təsis edilən Milli Musiqi Gününün keçirilməsindən, mədəniyyətimizin dünyada tanınması və təbliği istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətindən danışılıb.

Bədii hissədə yerli incəsənət ustalarının ifasında konsert proqramı təqdim edilib.

Sonda Milli Musiqi Günü münasibətilə bir qrup müəllim, şagird və mədəniyyət işçisi Qarabağ RMİ tərəfindən fəxri fərmanla təltif olunub.