Rejissor və ssenarist Nurlan Həsənlinin "Yaşıl çəmən” adlı yeni qısametrajlı film layihəsi Avstriyada keçirilən “Linz Film Talant Akademiyası”nın inkişaf proqramına seçilib.

Bu barədə  Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat yayıb.

Ekran əsərinin rejissoru və ssenari müəllifi Nurlan Həsənli, prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn, Əli İsa Cabbarovdur.

“Linz Film Talant Akademiyası” Linz Beynəlxalq Qısa Filmlər Festivalının (The Linz International Short Film Festival) nəzdində fəaliyyət göstərir.

Film Talent Akademiyası”nın əsas məqsədi güclü bədii baxışa malik qısa və debüt tammetrajlı film layihələrinin inkişafına töhfə vermək, onları beynəlxalq kino industriyasına təqdim etməkdir.

Proqrama seçilən iştirakçılar üçün xüsusi ustad dərsləri, mentorluq, beynəlxalq peşəkarlarla görüşlər təşkil olunacaq. Layihələr Linz Film Festivalı çərçivəsində pitçinq müsabiqəsində iştirak edəcək. Proqramın ən mühüm mərhələlərindən biri də Kann Film Festivalında 4 günlük rezidensiyada iştirak etmək imkanıdır.

“Linz Film Talant Akademiyası” haqqında ətraflı bu linkdə