Bu il Xalq yazıçısı, görkəmli kinodramaturq Maqsud İbrahimbəyovun (1935–2016) anadan olmasının 90 illik yubileyidir.
Prezident İlham Əliyev 13 fevral 2025-ci il tarixdə “Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamın icrası ilə bağlı silsilə tədbir və layihələr həyata keçirilir.
10–13 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində yazıçının ssenari müəllifi olduğu filmlərə retrospektiv baxış olacaq.
Giriş sərbəstdir.
Proqram:
“Bizim Cəbiş müəllim” (“Azərbaycanfilm”,1969) – 10 sentyabr saat 17:00
“Uşaqlığın son gecəsi” (“Azərbaycanfilm”,1968) – 11 sentyabr saat 16:00
“Truskavetsə kim gedəcək?” (“Tacikfilm”,1977, rus dilində) – 12 sentyabr saat 16:00
“Dəniz” (“Azərbaycanfilm”, sənədli film, 1965) – 13 sentyabr saat 16:00