Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Gəncə şəhərində və Göygöl rayonunda fəaliyyət göstərən muzeylərin turizm istiqamətində tanıdılması məqsədilə infotur təşkil olunub.
İnfoturda Bakı və Gəncədə fəaliyyət göstərən turizm şirkətləri iştirak ediblər.
DTA-nın yaydığı məlumata görə, infotur çərçivəsində Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvinin məqbərəsi və muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Göygöl rayonunda yaşamış axırıncı alman sakin Viktor Klaynın ev-muzeyi, XIX əsr tarixi-memarlıq abidəsi və Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi, almanlar tərəfindən inşa olunmuş və şərab saxlanılması üçün nəzərdə tutulmuş zirzəmi ziyarət edilib.
Turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb.