Mil-Muğan RMİ və Sabirabad Regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası səhnələşdirilib.
Nümayiş zamanı rayon icra başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev, Sabirabad Regional “ASAN xidmət” mərkəzinin direktoru Elvin Cəfərov də tamaşaçılar arasında olublar.
Sabirabad rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Nicat Əliyevin quruluş verdiyi tamaşa "ASAN xidmət" könüllülərinin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, klassik irsin gənc nəsil arasında təbliğinə xidmət edir.
Gənc ifaçıların iştirakı ilə nümayiş olunan səhnə əsəri böyük maraqla qarşılanıb.
Tamaşadan sonra çıxış edənlər bu kimi layihələrin teatr mədəniyyətinin inkişafına, gənclərin mədəni həyatdakı fəallığının artırılmasına töhfə verdiyini deyiblər.
ASAN könüllülərinə Mil-Muğan RMİ-nin və Sabirabad “ASAN xidmət” mərkəzinin təşəkkürnamələri təqdim olunub.
Nurəddin