Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üçün I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər.

Nəticələr elan olunduğu tarixdən etibarən beş gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.