Azərbaycan Milli İncəsənət Muzeyinin “Muzeydə musiqi” layihəsi yeni mövsümdə də davam edir. Layihə çərçivəsində beynəlxalq müsabiqələr laureatı Teymur Kazımovun solo konserti olub.

Musiqi gecəsində gənc vokalçını beynəlxalq müsabiqələr laureatları Camal Əliyev (piano) və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Dilarə Kərimova (konsertmeyster) müşayiət ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Klassik musiqi incilərinin yer aldığı proqram sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.