
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Xankəndidə yerləşəcək.
2021-ci ildə yaradılan regional idarə indiyədək Bərdə şəhərində yerləşirdi.
Prezident İlham Əliyev bununla bağlı avqustun 28-də “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi bundan sonra Xankəndi şəhəri və Ağdərə rayonunun inzibati ərazilərində də yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirəcək.