Son illərdə Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri bölgənin sosial-iqtisadi inkişafı ilə yanaşı, turizm sektorunun dirçəlişinə də güclü təkan verib.

Bu istiqamətdə atılan addımların bariz nümunələrindən biri yaxın günlərdə Xankəndi şəhərində fəaliyyətə başlayacaq “Badam Hotel & Restaurant”dır.

Müasir memarlıq üslubu ilə bölgənin təbii gözəlliyini birləşdirən bu kompleks həm yerli, həm də xarici qonaqlar üçün yüksək səviyyəli istirahət imkanları təqdim edir.

“Badam Hotel” əsasən 18 rahat otaq və müxtəlif ölçülü lüks villalardan ibarətdir. Müasir avadanlıqlarla təchiz olunmuş otaqlar və villalar qonaqlara işgüzar səfərlər, eləcə də ailəvi istirahət üçün ideal şərait yaradır.

Kompleksdəki restoran isə həm milli mətbəxin zəngin təamlarını, həm də Avropa kulinariyasının seçilmiş nümunələrini təqdim edəcək. Burada hər bir zövqə uyğun ləziz yeməklər, peşəkar aşpazların hazırladığı xüsusi menyular və yüksək səviyyəli xidmət mövcuddur.

Hotelin geniş hovuzu, rahatlıq bəxş edən spa və sağlamlıq mərkəzi, eləcə də digər əlavə xidmətləri dolğun istirahət imkanı yaradır. Həmçinin hotel ərazisindəki geniş həyət və yaşıllıqlar qonaqlara təbiətin qoynunda dincəlmək fürsəti verir.

“Badam Hotel & Restaurant”ın istifadəyə verilməsi Qarabağda turizmin inkişafında mühüm mərhələdir. Xankəndinin əlverişli coğrafi mövqeyi və mədəni irsi ilə yanaşı, belə müasir infrastruktur layihələri bölgənin turizm potensialının artırılmasına xidmət edir.

Yeni hotelin açılışı təkcə bölgəyə gələn turistlər üçün deyil, həm də Qarabağın iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyət daşıyır.