
Yubiley döş nişanı da hazırlanıb...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illiyi münasibətilə yubiley döş nişanı hazırlanıb. Bundan əlavə, ilk dəfə olaraq AMEA-nın Əziz Səncər, Yusif Məmmədəliyev, Üzeyir Hacıbəyli və Lev Landau adına döş nişanları təsis ediləcək.
Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətində akademiyanın 80 illiyinə hazırlıq məsələlərinə həsr olunmuş müşavirədə söyləyib.
AMEA-nın prezidenti 80 illik yubiley tədbirində iştirakla bağlı beynəlxalq elmi təşkilatların rəhbərlərinə, dünyanın müxtəlif qitələrindən olan tərəfdaş akademiyalarının, o cümlədən türk dünyası akademiyalarının prezidentlərinə dəvət məktublarının göndərildiyini və onların əksəriyyətinin dəvəti qəbul etdiklərini diqqətə çatdırıb.
AMEA-nın 80 illik yubileyi çərçivəsində Türk dünyası akademiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsinə dair ayrıca bir iclasın keçirilməsi də nəzərdə tutulub.