Azərbaycanın nəqliyyat və turizm sahələrində etibarlı tərəfdaşlarından biri olan “BİS Transport” MMC fəaliyyətinin 10 illiyini qeyd edir.

2015-ci ildən ölkə daxilində və beynəlxalq istiqamətlərdə komfortlu, təhlükəsiz və keyfiyyətli sərnişindaşıma xidmətləri göstərən şirkət bu yubiley münasibətilə bütün müştərilərinə 10% endirim kampaniyasına start verib.

Turizm sektorunun mühüm tərkib hissəsi olan nəqliyyat xidməti ölkəmizə gələn turistlərin rahat və təhlükəsiz səyahət təcrübəsi qazanmasında əsas amillərdəndir. “BİS Transport” ötən illər ərzində geniş nəqliyyat parkı, peşəkar sürücü heyəti və operativ logistik həlləri ilə yerli və xarici qonaqların məmnuniyyətini təmin edərək Azərbaycanın turizm infrastrukturunun inkişafına mühüm töhfə verib.

Şirkətin təqdim etdiyi xidmətlər – hava limanı transferləri, bölgələrə turistik səfərlər, məktəbli turları, eləcə də xüsusi tədbirlər üçün nəqliyyat təminatı – ölkənin müxtəlif bölgələrinin mədəni irs və təbiət gözəllikləri məkanlarına,  turizm obyektlərinə rahat səyahəti mümkün edir. Bu həm yerli, həm də beynəlxalq turistlərin Azərbaycanın mədəniyyət və təbiət incilərini kəşf etməsini asanlaşdırır.

Yubiley kampaniyası çərçivəsində avqust ayından etibarən bütün müştərilər şirkətin təqdim etdiyi xidmətlərdən 10% endirimdən faydalana biləcəklər. Bu təşəbbüs həm mövcud, həm də yeni müştərilərə şamil olunur və “BİS Transport”un müştəri məmnuniyyətinə verdiyi dəyəri, eləcə də ölkədə turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində atdığı addımları əks etdirir.

Qeyd edək ki, “BİS Transport” müasir nəqliyyat vasitələri, innovativ idarəetmə sistemi və davamlı inkişaf strategiyası ilə təkcə yerli bazarda deyil, həm də regional səviyyədə nüfuzlu nəqliyyat şirkətləri sırasında yer almaqdadır. Şirkət fəaliyyəti ilə Azərbaycanı turizm istiqaməti kimi seçən qonaqlar üçün səyahət rahatlığını təmin edərək mədəniyyət və turizmin inkişafına töhfəsini davam etdirir.