
Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.
Milli Kitabxanada bu münasibətlə virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq Gənclər Gününün tarixi 1998-ci ilin 8-12 avqustunda Portuqaliyanın paytaxtı Lissabonda Gənclərin işləri üzrə nazirlərin Dünya konfransının keçirilməsi ilə bağlıdır. BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə təsis edilib.
Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd edilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm linkindən istifadə edə bilərlər.