Tarixdəki olaylar

 

11 avqust 1473 – Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Sultan II Mehmetin (Fateh) başçılığı atındakı Osmanlı qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü baş verib. Osmanlı ordusu qələbə çalıb və bir qədər əvvəl (1 avqust 1473-cü il) Malatya döyüşündə aldığı məğlubiyyətin əvəzini çıxıb. Bu döyüş Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) taleyini ikincinin xeyrinə həll edib. Uzun Həsən müharibədə Avropa dövlətlərindən yardım vədi alsa da, bu, gerçəkləşmədi. Çünki Avropa dairələri iki türk dövlətinin savaş meydanında bir-birini zəif salmasında maraqlı idilər.

 

11 avqust 1992 – Ankarada Türkiyə və Azərbaycan xarici işlər nazirləri tərəfindən konsulluq sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş Türkiyənin Naxçıvanda, Azərbaycanın isə İstanbulda baş konsulluqlarının açılmasını nəzərdə tuturdu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

11 avqust 1748 – Alman bəstəkarı Yozef Şuster (Joseph Schuster; 1748 – 24.7.1812) anadan olub.

 

11 avqust 1910 – Azərbaycanın Xalq artisti Konstantin Mixayloviç Myakişev (1910 – 22.2.1990) Bakıda doğulub. 1930-1960-cı illərdə (fasilələrlə) Dövlət Rus Dram Teatrının aktyoru olub, filmlərdə (“Bəxtiyar”, “Uzaq sahillərdə”) çəkilib.

 

11 avqust 1921 – Amerika yazıçısı Aleks Heyli (Alexander Murray Palmer Haley; 1921 – 10.2.1992) anadan olub. Avtobioqrafik “Köklər” romanı ilə şöhrət qazanıb.

 

11 avqust 1973 – Əməkdar incəsənət xadimi, şair, dramaturq Zeynal Rza oğlu Xəlil (23.3.1914 – 1973) vəfat edib. “Ulduzlar” mənzum romanı, “İntiqam”, “Ata yolu” pyeslərinin müəllifidir.

Hazırladı: Vüqar Orxan