Mirzə Fətəli Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin (Şəki-Zaqatala RMİ) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin dəstəyi ilə Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illik yubileyinə həsr olunmuş "Sənin haqqındır azadlıq" adlı ədəbi-bədii gecə keçirilib.
Bəxtiyar Vahabzadənin Şəkidəki ev-muzeyində keçirilən tədbirdə şəhid ailələri, AMEA-nın Şəki Regional Elmi mərkəzinin əməkdaşları, MİHİ Şəki rayon komitəsinin rəhbərliyi və yerli yazarlar iştirak ediblər.
Çıxış edənlər B.Vahabzadənin Azərbaycan ədəbiyyatına və mədəniyyətinə xidmətlərindən, onun dərin fəlsəfi şeirləri və milli dəyərlərə olan bağlılığından, zəngin poetik söz dünyasının milli çalarından bəhs ediblər.
Tədbirdə şairin şeirləri səsləndirilib, M.F.Axundazə adına Mədəniyyət Mərkəzinin əməkdaşlar, Turan qəsəbə Uşaq musiqi məktəbinin şagirdlərinin ifasında şairin sözlərinə yazılmış musiqilər ifa olunub. Şəhid Elnur İsgəndərov adına rəqs qrupunun ifası da maraqla qarşılanıb.
Nurəddin