Tarixdəki olaylar
8 avqust 1991 – Ermənistan ərazisində azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqəsi – Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib. Erməni qüvvələri kəndin əhalisini zorla deportasiya ediblər. 1988-ci ildə Ermənistanda azərbaycanlı əhaliyə qarşı başlanan etnik təmizləmə sona çatıb.
8 avqust 2008 – Gürcüstanla Rusiya arasında müharibə başlanıb. Prezident Mixeil Saakaşvilinin Gürcüstanın separatçı Cənubi Osetiya regionu üzərində suverenliyini bərpa etmək üçün əraziyə qoşun yeridib. Buna cavab olaraq Rusiyanın bölgədəki sülhməramlı kontingenti və əlavə göndərilən qoşun hissələri separatçıların tərəfində hərbi əməliyyata qoşulub. Beş gün sürən hərbi əməliyyat zamanı ruslar gürcü qüvvələrini Cənubi Osetiyadan vurub çıxarıb, həmçinin Gürcüstanın digər ərazilərini (Poti limanı, Qori şəhəri və s.) müvəqqəti nəzarətə götürüblər. Müharibənin nəticəsi olaraq Gürcüstan Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti tamamilə itirib, Rusiya hər iki bölgəni müstəqil “dövlət” kimi tanıyıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
8 avqust 1928 – Rusiyanın Xalq artisti Nina Menşikova (1928 – 26.12.2007) anadan olub. Çəkildiyi filmlər: “Əsgər haqqında ballada”, “Qızlar” və s.
8 avqust 1936 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Fəridə Cəfər qızı Məmmədova (1936 – 8.12.2021) Şirvan şəhərində anadan olub. Qafqaz Albaniyası və Azərbaycanda xristianlığın tarixinə dair tədqiqatların müəllifidir.
8 avqust 1943 – Şair, tərcüməçi, ədəbiyyatşünas Ənvər Əhməd (Ənvər Misir oğlu Əhmədov; 1943 – 17.2.2022) Ağcabədi rayonunda anadan olub.
8 avqust 1952 – Tanınmış azərbaycanlı arxeoloq, etnoqraf Davud Mikayıl oğlu Şərifov (1885–1952) vəfat edib. Qəbələ qədim şəhər yerinin ilk arxeoloji ekspedisiyasının rəhbəri olub.
Hazırladı: Vüqar Orxan