Tarixdəki olaylar

 

6 avqust 1723 – Çar I Pyotr Rusiya imperiyasının Xəzər dənizini və Azərbaycanı ələ keçirməsi ilə bağlı planlarını reallaşdırmağa başlayıb. Rusiya ekspedisiyasının Xəzər yürüşü zamanı Azərbaycanın sahil əraziləri, o cümlədən Bakı işğal olunub. Lakin Rusiya qoşunları az sayda olduğundan burada çox duruş gətirə bilməyərək geri qayıdıb. Bu yürüşdən sonra I Poytr Azərbaycan torpaqlarının (bütövlükdə isə Cənubi Qafqazın) ələ keçirilməsi ilə bağlı məşhur "Vəsiyyətnamə"sini elan etdi.

 

6 avqust 1945 – İkinci Dünya müharibəsinin başa çatmaq üzrə olduğu bir vaxtda ABŞ Yaponiyaya qarşı atom bombasından istifadə edib. "B-29" bombardmançı təyyarəsi "Körpə" adlı atom bombasını Xirosima şəhərinin üzərinə atıb. İlkin rəqəmlərə görə, nüvə partlayışı nəticəsində şəhərdə 140 min sakin həlak olmuşdu.

 

6 avqust 1962 – Britaniyanın Latın Amerikası müstəmləkəsi olan Yamayka müstəqilliyini elan edib. Yamayka XV-XVII əsrlərdə İspaniyanın müstəmləkəsi olmuş, 1670-ci ildə isə Britaniyanın idarəçiliyinə keçmişdi.

 

6 avqust 1998 – Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən Baş İdarə – "Qlavlit" ləğv edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

6 avqust 1868 – Fransız yazıçısı, şair, dramaturq Pol Klodel (Paul Claudel; 1868 – 23.2.1955) anadan olub. Əsərləri: “Qızıl baş”, “Girov”, “Boyat çörək”.

 

6 avqust 1899 – Gürcü aktyoru və rejissoru, SSRİ Xalq artisti Akaki Vasadze (1899 – 3.4.1978) anadan olub. Filmləri: “Böyük ustadın sağəli”, “Ayın oğurlanması” və s.

 

6 avqust 1931 – İtalyan kinorejissoru Umberto Lensi (Umberto Lenzi; 1931 – 19.10.2017)  anadan olub. Qorxu filmlərinin (“Qarabasmalı ev”, “Zombilər şəhəri”) rejissoru kimi tanınıb.

 

6 avqust 1939 – İlk azərbaycanlı kinorejissorlardan olan Səməd Həşim oğlu  Mərdanov (22.9. 1909 – 1939) vəfat edib. 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmi Azərbaycan kinosunun “qızıl fondu”na daxildir.

 

6 avqust 1939 – Əməkdar artist Oqtay Əlidadaş oğlu Dadaşov (1939–1999) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrının aktyoru olub.

 

6 avqust 1948 – Xalq artisti Süleyman Paşa oğlu Nəcəfov (1948 – 9.5.2012) İrəvan şəhərində doğulub. C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.

 

6 avqust 1960 – Tanınmış müğənni, aktrisa Firəngiz Rəhimbəyova (1960 – 16.8.2022) Ağdam rayonunun Şişpapaqlar kəndində anadan olub. 1990-cı illərdən ABŞ-da yaşayıb, Los-Anceles şəhərində vəfat edib.

 

6 avqust 1962 – Əməkdar mədəniyyət işçisi, tarixçi, arxeoloq Kamil Fərhad oğlu İbrahimov (1962 – 15.4.2021) Bakıda anadan olub.

Hazırladı: Vüqar Orxan