Tarixdəki olaylar

 

4 avqust 2003 – Milli Məclisin növbədənkənar sessiyasında ARDNŞ-nin birinci vitse-prezidenti, millət vəkili İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması barədə Prezident Heydər Əliyevin təqdimatı təsdiq edilib. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə həmin gün İlham Əliyev Baş nazir təyin edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

4 avqust 1859 – Norveç yazıçısı Knut Hamsun (Pedersen; 1859 – 19.2.1952) anadan olub. “Torpağın şirəsi” əsərinə görə ədəbiyyat üzrə Nobel mükafatı (1920) alıb.

 

4 avqust 1901 – Amerika caz musiqiçisi, bəstəkar Lui Armstronq (Louis Daniel “Satchmo” Armstrong; 1901 – 6.7.1971) anadan olub.

 

4 avqust 1915 – Görkəmli aktyor, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (1915 – 25.1.1984) Gəncədə doğulub. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb. “Bir qalanın sirri”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.

 

4 avqust 1939 – Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (1939 – 11.7.2007) Bakıda anadan olub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb. Filmlərdə maraqlı rollar oynayıb.

 

4 avqust 1946 – Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov (1946 – 26.10.2017) Şuşada doğulub. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından biri olub.

Hazırladı: Vüqar Orxan