Tarixdəki olaylar

 

3 avqust 1920 – Quba qəzasında Həmdulla Əfəndinin (süqut etmiş Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı) və Mayılın başçılığı altında sovetləşmə əleyhinə kəndli çıxışları başlanıb. Üsyanın yatırılmasından sonra Azərbaycanda bolşevik işğalına qarşı kütləvi çıxışlar nisbətən səngidi. Bundan sonra respublikada güclü antisovet çıxışları 20-ci illərin sonu-30-cu illərin əvvəlində kütləvi kolxozlaşma zamanı özünü göstərdi.

 

3 avqust 1960  Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Niger müstəqilliyini elan edib.

 

3 avqust 1993 – Bakıda ilk peyk rabitə sisteminin açılışı olub. ABŞ-nin İDB şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

3 avqust 1832 – Xorvat bəstəkarı və dirijoru İvan Zays (1832–1914) anadan olub.

 

3 avqust 1933 – Əməkdar incəsənət xadimi, dirijor Ləman Həsən qızı Atakişiyeva (1933–2015) Bakıda anadan olub.

 

3 avqust 1967 – Əməkdar incəsənət xadimi, teatr rəssamı Bəhram Tofiq oğlu Əfəndiyev (25.8.1910 – 1967) vəfat edib.

 

3 avqust 1994 – Rus aktyoru, SSRİ Xalq artisti İnnokenti Smoktunovski (28.3.1925 – 1994) vəfat edib. Filmləri: “Hamlet”, “Avtomobildən qorun”, “Cinayət və cəza” və s.

 

3 avqust 2010 – Akademik, fəlsəfə elmləri doktoru Fuad Feyzulla oğlu Qasımzadə (22.10.1929 – 3.8. 2010) vəfat edib.

Hazırladı: Vüqar Orxan