Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) tərəfindən nəşr edilən "Rakurs” rüblük bülleteninin növbəti nömrəsi işıq üzü görüb.

AKİ-nin bu ilin yanvar-iyun aylarında icra etdiyi işlərin hesabatının yer aldığı nəşrdə kino sahəsindəki festival və müsabiqələrdən, yubileyi olan və dünyasını dəyişmiş sənətkarlardan, eyni zamanda ölkəmizdə kino sahəsində görülən işlərdən söz açılır.

İnformasiya bülletenində Azərbaycan Respublikası Nazirlər kabinetinin kino ilə bağlı sərəncamı, o cümlədən 1997-ci ildə qəbul olunmuş kinematoqrafiya sahəsinə aid olan 38 nömrəli qərarda dəyişiklik edilməsinə də yer verilib.

Bülletendə AKİ-nin maliyyə dəstə ilə təkrar nəşr olunan “Fotokompozisiya” kitabının təkrar nəşri, “Azərbaycan kinooperatorları” kitabının çapdan çıxması, Bakıda "Animasiya evi"nin açılması və s. hadisələrdən də bəhs olunur.

Bülletenin nəşrində əsas məqsəd AKİ-nin gördüyü işlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdır.

İnformasiya bülleteninin nəşrinə məsul AKİ-nin katibi Əli İsa Cabbarov, tərtibatçısı Ramil Ələkbərov, redaktoru Aygün Aslanlıdır.