Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində olan Neftçala Dövlət Rəsm Qalereyasında Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illik yubileyi münasibətilə "Bəxtiyar Vahabzadəyə xitabən” adlı ustad dərsi və sərgi təşkil olunub.

RMİ-nin yaydığı məlumata görə, rəssam Dadaş Dadaşovun ustad dərsində təsviri sənət həvəskarları şairin poeziyasından ilhamlanaraq rəsmlər çəkiblər.

Onların əl işlərində Bəxtiyar Vahabzadənin vətənpərvər ruhu, azadlıq və milli kimlik motivləri əksini tapıb.

Ustad dərsinin təşkilində məqsəd gənc nəslə milli mədəniyyətimizə, poeziyaya və incəsənətə sevgi aşılamaqdır.

Sonda çəkilən rəsmlərdən ibarət sərgiyə baxış olub.