Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Tovuz rayonu üzrə mədəniyyət müəssisələrinin iştirakı ilə rayondakı Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib.
“Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzulu tədbirdə Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və ümumxalq referendumunda qəbul edilməsi müstəqillik tariximizin ən mühüm hadisələrindən biri kimi qeyd olunub.
Eyni zamanda çıxışçılar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü il sentyabrındakı antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olunduğunu vurğulayıblar.
Tədbirin sonunda mövzuya həsr olunmuş kitab sərgisinə baxış olub.
Nurəddin