Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Oğuz rayon Uşaq musiqi məktəbi və M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Narınqala" şəhər Folklor evinin birgə  təşkilatçılığı ilə iyunun 21-də Xalq şairi Bəxtiyar Vahabzadənin (1925–2009) 100 illiyinə həsr olunmuş "Sənin haqqındır azadlıq" adlı ədəbi-bədii tədbir keçirilib.

Çıxış edənlər qeyd ediblər ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qüdrətli söz ustalarındandır. Onun əsərləri qardaş türk respublikalarında da oxunur, sevilir.

Tədbirin bədii hissəsində Oğuz rayon Uşaq musiqi məktəbinin müəllimlərdən ibarət ansamblının ifasında şairin sözlərinə bəstələnmiş musiqi nömrələri təqdim edilib, şeirlərİ səsləndirilib.

Şəki şəhər Uşaq incəsənət məktəbinin rəqs qrupunun ifaları da tədbirə rəng qatıb.

Nurəddin