Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti olub.

Bu dəfə səhnəni Azərbaycan və Yunanıstan sənətçiləri bölüşüblər.

Tədbirin əvvəlində Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias tamaşaçıları salamlayaraq iki ölkə arasında mədəni əlaqələrdən danışıb.

Sonra Əməkdar artist, dirijor Eyyub Quliyevin idarə etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər – Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx (violonçel), Yunanıstandan Teodosiya Doku (fortepiano) və Yannis Georgiadis (skripka) çıxış ediblər.

Konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.