Tarixdəki olaylar
6 aprel 1814 – Rusiya, Prussiya, Avstriya və Britaniya müttəfiq qoşunlarının Parisə daxil olması ilə Napoleon Bonapart taxt-tacdan əl çəkib. Müttəfiqlər Napoleonun imperator titulunu (formal olaraq) saxlamaqla, habelə illik maddi təminat və mühafizə ayırmaqla onu Elba adasına (Aralıq dənizində) sürgün etdilər.
6 aprel 1896 –Yunanıstanın paytaxtı Afinada ilk Yay Olimpiya Oyunları başlanıb. Baron Pyer de Kubertenin təşəbbüsü ilə başlanan Olimpiya hərəkatı müasir dünyanın ən əlamətdar hadisələrindən biridir.
6 aprel 1993 – BMT Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ilə bağlı (Kəlbəcərin işğalından (2 aprel) sonra) Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul olunub. Bu, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT çərçivəsində qəbul edilmiş ilk sənəd idi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
6 aprel 1812 – Rus yazıçısı, filosof, publisist Aleksandr İvanoviç Gertsen (1812–1870) anadan olub. 1847-ci ildən Avropada mühacirətdə yaşayıb.
6 aprel 1826 – Fransız rəssamı, simvolizmin nümayəndəsi Qustav Moro (Gustave Moreau; 1826–1898) anadan olub.
6 aprel 1935 – Azərbaycanın Əməkdar mədəniyyət işçisi, aşıq Şərbət Fətiyev (1935–2016) Şamaxıda doğulub.
6 aprel 1939 – Xalq artisti, kinorejissor, ssenarist, professor Tofiq Hüseyn oğlu İsmayılov (1939 – 25.3.2016) Bakıda anadan olub. Filmləri: “Gilas ağacı”, “Musiqi müəllimi”, “Əzablı yollar”, “Vulkana doğru” və s.
6 aprel 2021 – Əməkdar incəsənət xadimi, tarzən Oqtay Süleyman oğlu Quliyev (22.9.1938 – 2021) vəfat edib.
6 aprel 2021 – Əməkdar mədəniyyət işçisi, teatr xadimi Həsən Nəsib oğlu Həsənov (7.7.1950 – 2021) vəfat edib.
Hazırladı: Vüqar Orxan