Bülbülün Memorial Muzeyində Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbi ilə birgə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Muzeydən verilən məlumata görə, tədbirdə məktəbin şagirdləri Polad Bülbüloğlunun "Gəl, ey səhər", "Dilin can incidəndir", "Durnalar", "Gözlə məni", "Şən Azərbaycan" mahnılarını ifa ediblər.

Bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş videoçarx, "Eşq və ölüm" baletindən fraqment nümayiş etdirilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi  Səadət Təhmirazqızı tədbirdə çıxış edərək Polad Bülbüloğlunun Azərbaycan musiqisinə bəxş etdiyi töhfələrdən söz açıb.