Xalqımızın milli-mənəvi irsini yaşadan, ən qədim və əziz bayramı olan Novruza artıq sayılı günlər qalıb. Bu ərəfədə ölkəmizdəki tarix-mədəniyyət qoruqlarında da müxtəlif tədbirlər, bayram şənlikləri təşkil edilir.

"Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunda (Qazax rayonu) “Yurdumuzun Novruzu“ adlı möhtəşəm bayram tədbiri keçirilib.

Şənlik çərçivəsində kəlağayı üzərində basmanaxış sənəti nümayiş olunub, milli xalça toxuma ənənələri ilə bağlı ustad dərsləri təşkil edilib.

Novruz adət-ənənələri ilə bağlı maraqlı təqdimatlar, oyunlar, musiqi və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.