Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın və filologiya elmləri doktoru professor Şahin Xəlillinin həmmüəllif olduqları “Amerika uşaq ədəbiyyatı” adlı yeni dərs vəsaiti çap olunub. 

Bu barədə Azərbaycan Universitetindən məlumat verilib.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan dərs vəsaiti Amerika uşaq ədəbiyyatının ümumi mənzərəsi haqqında dolğun təsəvvür yaradır. Yerli hindu ədəbiyyatı məsələlərinə xüsusi yer verilən kitabda görkəmli sənət adamlarının yaradıcılığı haqqında yığcam esselər və onların əsərlərindən poetik nümunələr təqdim olunub, tanınmış uşaq ədəbiyyatı mütəxəssislərindən Olqa Buxina və Syuzan Zederin göndərdiyi materiallar öz əksini tapıb.

Yeni dərs vəsaiti müəlliflərin bu sahədə gördüyü sistemli işin davamı kimi diqqəti cəlb edir. Müəlliflərin 2018-ci ildə “Britaniya uşaq ədəbiyyatı”, 2019-cu ildə “Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” və 2021-ci ildə “Britaniya uşaq folkloru” adlı dərs vəsaitləri çapdan çıxıb.