Martın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Novruz xonçası” adlı musiqili xeyriyyə tamaşası nümayiş olunub.
3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi və “Çinar Yayımları” nəşriyyatının birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan internat məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak ediblər.
Musiqili tamaşada mərkəzin teatr dərnəyinin üzvləri, rəqs kollektivinin uşaqları, gənc vokalçıları xalqımızın qədim və ən sevimli bayramı olan Novruz adət-ənənələrini göstəriblər.
Tamaşadan sonra tədbirə dəvət alan uşaqlara hədiyyələr verilib.