Azərbaycan Milli Xalça Muzeyində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş təşkil olunub.
Muzeydən bildirilib ki, səmimi ünsiyyət şəraitində keçən görüşdə yazıçı həyatından, ədəbiyyata gəlişindən, ona dünyada məşhurluq qazandıran detektiv əsərlərinin yaranma tarixçəsindən və s. danışıb.
Şəhanə Yusufovanın aparıcılığı ilə gerçəkləşən tədbirdə Çingiz Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.
Direktor Əminə Məlikova muzeydə toxunan xalçanı xatirə hədiyyəsi kimi yazıçıya təqdim edib.