Füzuli Dövlət Dram Teatrında 2025-ci ilin repertuarında yer alan Vilyam Şekspirin eyniadlı əsəri əsasında hazırlanan "Maqbet" tamaşasının premyerası keçirilib.

Quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə olan tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Əli Hüseynov, Emin Abışov, Xurşud Babayeva, Gülnar Quliyeva, Şəbnəm Baxışova, Sahilə Abbasova, Şəlalə Nəsirova, Günay Çobanzadə ifa ediblər.

Səhnə əsəri Şotlandiya cəngavəri Maqbetin şərə qarşı mübarizəsindən bəhs edir. Maqbet Şotlandiya düşmənlərinə qalib gəlmiş cəsur cəngavərdir. O, qəhrəmanlığına görə şöhrət qazanıb...

Tamaşa teatr həvəskarları tərəfindən maraqla qarşılanıb.