Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün “Keçəlin sehri” adlı əyləncəli proqram hazırlayır.

Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov bildirib ki, kompozisiyasının quruluşçu rejissoru İlmar Abdullayev, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyev, rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Teatrın yaradıcı kollektivi eyni zamanda Rafiq Səməndərin “Çətin məsələ” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində də məşqləri davam etdirir. Baş rejissor Y.Abdurahmanovun quruluş verdiyi tamaşada rolları Aynurə Abbasova, İlmar Abdullayev, Araz Mehrablı, Cəbrayıl Quluşov, Fidan Mahmudzadə, Elnurə Əliyeva və Azər Kərimov ifa edirlər.

Tamaşa martın sonunda uşaqlara təqdim olunacaq.