Bu il 70 yaşını qeyd edən Əməkdar jurnalist, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli Prezidentin fərdi təqaüdçüsü oldu.

Prezident İlham Əliyev dekabrın 20-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qulu Məmmədqulu oğlu Məhərrəmli Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

***

Prezident İlham Əliyevin dekabrın 20-də imzaladığı digər sərəncamla Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mayıl Hilal oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov kitabxana işi sahəsində fəaliyyətinə görə 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi.