
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) İtaliyanın “Romualdo del Bianco” Fondunun təşkilatçılığı ilə Florensiyada “Life Beyond Tourism” (“Turizmdən kənar həyat”) hərəkatı çərçivəsində keçirilən festivala qatılıb.
ATMU-dan bildirilib ki, onlayn formatda baş tutan tədbirdə Turizm biznesi kafedrasının baş müəllimi Çinarə İmamverdiyeva, Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri Fidan Əhmədova və Nihad Sadıxov “Xınalıq – buludlar içində qədim kənd” (“Khinalug – The Ancient Village in Clouds”) adlı təqdimat ediblər.
Təqdimatda sivilizasiyanın ən zəngin etnoqrafik məkanlarından sayılan Xınalıq kəndinin (Quba rayonu) tarixi, mədəni irsi, eyni zamanda turizm potensialından danışılıb.