
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il 12 yanvar tarixində saat 10:00-da İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (Ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) İsmayıllı, Ağsu, Qobustan, Şamaxı şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 9 yanvar 2024-cü il tarixinə qədər Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin daghliq-shirvan@culture.gov.az elektron poçt ünvanı, (020) 285-31-20 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.