
Qonaq bildirdi ki, “İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm” konfransı İpək Yolu üzərində yerləşən ölkələrin təcrübə mübadiləsinin, həmçinin Azərbaycanın kulinariya, turizm potensialının təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.
Baş katib ölkəmizdə turizmin uğurla inkişaf etdiyini vurğuladı: “Azərbaycanda turizmin inkişafı göz önündədir. Bakının əvvəlki görünüşünə, uğur və nailiyyətlərə əsasən deyə bilərəm ki, Azərbaycanda turizm sahəsində ilbəil inkişaf müşahidə olunur. Turizm sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur. Ümumiyyətlə, respublika rəhbərliyinin bu sahəyə bu qədər diqqət ayırması diqqətəlayiqdir. Bu gün turizmin gücü inanılmazdır. Mən bu münasibətlə hər birinizi təbrik edirəm”.