
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Abşeron rayon Saray qəsəbə Uşaq incəsənət məktəbinin direktoru Anar Nuriyev dünyasını dəyişib.
Anar Ramiz oğlu Nuriyev 1977-ci il noyabrın 17-də Sumqayıt şəhərində anadan olub. Əmək fəaliyyətinə 1995-ci ildə Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evində estrada ansamblının rəhbəri kimi başlayıb. 2003-cü ildən Abşeron rayon Saray qəsəbə Uşaq incəsənət məktəbində Nəzəriyyə şöbəsində müəllim, 2015-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.
Allah rəhmət eləsin.