AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” Respublika elmi konfransına tezislər qəbulunu elan edib.

İnstitutdan bildirilib ki, konfrans Nəriman Nərimanovun 150 illik yubileyi haqqında ölkə başçısının sərəncamına əsasən keçiriləcək.

Konfransda iştirak etmək istəyənlər iyunun 30-dək tezislərini konfrans150@mail.ru elektron ünvanına göndərməlidir. Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

Konfransın keçirilməsinin dəqiq tarixi karantin rejimindən asılı olaraq müəyyənləşdiriləcək və bu barədə əlavə məlumat veriləcək.